Hüseynov BMT İP-nin Rəqəmsal Sülh Quruculuğu Təlimində iştirak edir
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Gürcüstanda Rəqəmsal Sülh Quruculuğu Təlimində iştirak edir. BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən 29 noyabr - 3 dekabr 2021-ci il tarixləri arasında Kaçretidə təşkil olunan tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstandan olan fəallar bir araya gəlib. Təlim rəqəmsal texnologiya və innovasiyaların sülhyaratma təşəbbüslərində başa düşülməsi və tətbiqi üçün nəzərdə tutulub.