2020-ci il Qarabağ müharibəsindən sonra İranın Cənubi Qafqazda rolu

Fridrix Ebert Fondunun (Almaniya) dəstəyi, Topçubaşov Mərkəzi (Azərbaycan) və Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin (Ermənistan) təşkilatçılığı ilə "Qarabağın gələcəyi" adlı müzakirələr seriyasının beşinci hissəsi oktyabrın 8-də baş tutmuşdur.
Müzakirələrdə iştirak edən Azərbaycanlı və erməni mütəxəssislər İkinci Qarabağ müharibəsi dövründə və sonrasında İranın Cənubi Qafqazdakı rolu barədə fikir mübadiləsi aparmışdır.