Rusif Hüseynov azərbaycanlı-erməni vətəndaş cəmiyyəti nümayəndələrinin ikinci dəyirmi masasında iştirak edib
21–22 noyabr 2025-ci ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən ikinci birbaşa dəyirmi masa müzakirələrində iştirak edib.
Görüş Ermənistan nümayəndə nümayəndə heyətinin cavab ziyarəti çərçivəsində Bakıda baş tutub. Qapalı sessiya zamanı iştirakçılar dialoq çərçivəsinin institusionallaşdırılması və "Sülh Körpüsü Təşəbbüsü" (Peace Bridge Initiative) adlandırılması barədə razılığa gəliblər. Həmçinin tərəflər hər iki ölkənin beyin mərkəzləri, media qurumları və daha geniş vətəndaş cəmiyyəti seqmentləri arasında kommunikasiyanın və əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan qısa və orta müddətli, nəticəyönümlü layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar.
Bakı proqramının bir hissəsi olaraq, Azərbaycan və Ermənistan nümayəndə heyətləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər. Söhbət zamanı bir sıra ictimai maraq doğuran məsələlər müzakirə edilib.
Tərəflər kommunikasiya imkanlarının genişləndirilməsi və Azərbaycan və Ermənistan arasında daha çox ekspertin qarşılıqlı səfərlərinin davam etdirilməsi barədə razılığa gəliblər.