Yapon diplomat Topçubaşov Mərkəzini ziyarət edib

Yapon diplomat Topçubaşov Mərkəzini ziyarət edib

7 oktyabr 2026-cı il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Siyasi şöbəsinin rəhbəri və ikinci katibi Yuta Kobayaşi Topçubaşov Mərkəzini ziyarət edib. Qonaq Mərkəzin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov tərəfindən qəbul olunub.

Görüş zamanı tərəflər regionda baş verən proseslər, mövcud vəziyyət və Azərbaycan-Yaponiya münasibətləri barədə fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.