"The Pakistan Daily" qəzetinin jurnalisti Topçubaşov Mərkəzini ziyarət edib

"The Pakistan Daily" qəzetinin jurnalisti Topçubaşov Mərkəzini ziyarət edib

16 iyul 2026-cı il tarixində "The Pakistan Daily" qəzetinin jurnalisti və bu yaxınlarda Çikaqo Universitetinin Stiqler Mərkəzində Jurnalist-Rezident proqramının iştirakçısı olmuş Həmzə Əzhar Salam Topçubaşov Mərkəzini ziyarət edib. Qonaq Mərkəzin direktor müavini Murad Muradov və tədqiqatçı Məhəmməd Məmmədov tərəfindən edilib.

Görüş zamanı tərəflər Cənubi Qafqaz və Cənubi Asiyada təhlükəsizlik dinamikası, Pakistanın ABŞ–İran münaqişəsində vasitəçi kimi rolu, eləcə də ikitərəfli əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.