Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov seminarda iştirak edib
27–30 aprel tarixlərində Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu tərəfindən Estoniya Diplomatiya Məktəbi ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş “Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni geosiyasəti: böyük güclərin təsiri və regional transformasiya” adlı seminarda iştirak edib. “Enerji və nəqliyyat geosiyasəti” panelində çıxışı zamanı o, regionda formalaşan əsas tendensiyaları qeyd edərək Azərbaycanın strateji mövqeyindən istifadə etməklə müxtəlif qlobal güc mərkəzləri ilə əməkdaşlığını necə dərinləşdirdiyini vurğulayıb.