Murad Muradov "Links Europe" təşkilatının konfransında iştirak edib
28 oktyabr 2025-ci ildə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov "Links Europe" təşkilatı tərəfindən Tiflisdə keçirilmiş 2-ci Cənubi Qafqaz Regional Dialoqu tədbirində iştirak etmişdir.
Murad Cənubi Qafqazın dəyişən geosiyasətinə dair panelin aparıcısı qismində Vaşinqton sazişi və digər əhəmiyyətli amillər kontekstində Azərbaycanla Ermənistan arasında sülh perspektivləri haqqında çıxış etmişdir.
O, həmçinin digər qrup rəhbər və rəhbər müavinləri ilə bir yerdə iki ölkədən olan beş ekspert qrupunun sülh və təhlükəsizlik, nəqliyyat, ətraf mühit, gender və inklüzivlik mövzularında olan hesabatlar hazırladığı layihənin tamamlanmasını qeyd edən birgə bəyanat imzalamışdır.