Rusif Hüseynov Macarıstanda keçirilən tədbirdə çıxış edib

Rusif Hüseynov Macarıstanda keçirilən tədbirdə çıxış edib

22 sentyabr 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Macarıstanın Milli Dövlət İdarəetməsi Universitetində yeni yaradılmış Lüdovika Türkşünaslıq Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Tədbir çərçivəsində müzakirə sessiyasında iştirak etmiş Rusif Hüseynov türk inteqrasiya layihələri və bu layihələrdə Azərbaycanın rolu, həmçinin Azərbaycan-Macarıstan münasibətləri haqqında fikirlərini bölüşmüşdür.