Murad Muradov Cakarta Gələcək Forumunda iştirak edib

2025-ci ilin 5–6 avqust tarixlərində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Hindistanın Observer Research Foundation və İndoneziyanın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə İndoneziyada keçirilən Cakarta Gələcək Forumunda iştirak edib.
Konfransda 50 ölkədən 150-dən çox iştirakçı bir araya gələrək Asiya siyasəti, dəniz təhlükəsizliyi, qlobal əlaqəlilik, dayanıqlı enerji və yaşıl maliyyə kimi məsələləri müzakirə ediblər.