Simona Scotti yay məktəbində çıxış edib

4 avqust 2025-ci il tarixində Topçubaşov Mərkəzinin tədqiqatçısı Simona Skotti Qubada keçirilən və türk ölkələrindən olan universitet tələbələrinin iştirak etdiyi “Dayanıqlı inkişafa doğru addım” yay məktəbində sessiya ilə çıxış etmişdir.
Azərbaycan İdman Akademiyasının Azərbaycan Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə birgə təşkil etdiyi tədbirdə o, tələbələri BMT-nin 2030-cu il gündəliyi ilə tanış edib, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda türk ölkələrinin göstəriciləri ilə bağlı statistik məlumatları təqdim edib.