Murad Muradov Londona səfər edib

Murad Muradov Londona səfər edib

19-20 iyun 2025-ci il tarixlərində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyaya səfər etmişdir. Səfərin əsas məqsədi London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) ənənəvi Məzunlar Forumunda iştirak olmuşdur.

Murad Muradov həm Forum çərçivəsində onlarla ölkələrin nümayəndələri ilə fikir mübadilələrinə qoşulmuş, həm də Britaniyanın ekspert icmasının nümayəndələri ilə müzakirələr aparmışdır.