Rusif Hüseynov BMTM-də dəyirmi masada çıxış edib

24 aprel 2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil olunmuş və "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): imkanlar və perspektivlər" mövzusuna həsr olunmuş dəyirmi masada Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov da çıxış edib.
Rusif Hüseynovun çıxışı əsasən Azərbaycanın Qarabağ müharibəsindən sonrakı xarici siyasi prioritetləri, Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi və formalaşan yeni dünya düzəni fonunda regional platformalara ayırdığı diqqətdən bəhs edib.