Murad Muradov britaniyalı tədqiqatçı ilə görüşüb

7 aprel 2025-ci il tarixində, Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda yerləşən Xarici Siyasət Mərkəzinin Böyük Müşaviri Kreyq Olifant ilə görüşüb. Tərəflər Böyük Britaniyanın Azərbaycanla münasibətlərini və Cənubi Qafqaz regionunda siyasətini, Azərbaycan-Ermənistan sülh prosesini, eləcə də təşkilatlar arasında əməkdaşlıq potensialını müzakirə ediblər.