Malayziya səfiri Topçubaşov Mərkəzini ziyarət edib

Malayziya səfiri Topçubaşov Mərkəzini ziyarət edib

Martın 12-də Malayziyanın Bakıdakı Səfiri Əhməd Kamrizamil (Ahmad Kamrizamil) və səfirliyin ikinci katibi ikinci katib Nurul Ain Mohammad Fadhil Topçubaşov Mərkəzini ziyarət ediblər. Topçubaşov Mərkəzindən görüşdə Mərkəzin direktoru Rusif Hüseynov, tədqiqatçı Gülxanım Məmmədova və təcrübəçi Ülvi Qitəliyev iştirak edib. Görüş zamanı regional proseslər, əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.