Rusif Hüseynov EUVP proqramı çərçivəsində Brüsseldə olub

2-6 dekabr 2024-cü il tarixləri arasında Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Avropa Birliyinin Qonaq Proqramı (EUVP) proqramı çərçivəsində Brüsseldə səfərdə olub. Səfər zamanı o, AB-nin müxtəlif qurumları, əsasən Avropa Parlamenti və Avropa Komissiyasında Cənubi Qafqaz və xüsusilə Azərbaycan ilə məşğul olan məmurlarla görüşlər keçirib. Bundan əlavə, NATO-nun Baş Ofisini və Brüsseldə yerləşən bəzi beyin mərkəzlərini də ziyarət etmiş Rusif Hüseynov həmsöhbətləri ilə regional mövzuları və əməkdaşlıq məsələlərini müzakirə edib.