Macar tədqiqatçı Topçubaşov Mərkəzinin əməkdaşları ilə görüşüb

Macar tədqiqatçı Topçubaşov Mərkəzinin əməkdaşları ilə görüşüb

Macarıstanın Matyaş Korvinus Kollegiumun Avropa Araşdırmaları Mərkəzinin tədqiqatçısı və "Hir TV" telekanalının redaktoru Yann Kaspar COP29 çərçivəsində Bakıya səfəri zamanı 14-15 noyabr tarixlərində Topçubaşov Mərkəzini də ziyarət edib və Mərkəzin əməkdaşları Rusif Hüseynov, Murad Muradov və Məhəmməd Məmmədov ilə görüşüb. Tərəflər Avropa və Cənubi Qafqazdakı siyasi proseslərlə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, məhz Rusif Hüseynov, Murad Muradov və Məhəmməd Məmmədov Yann Kasparın bu yaxınlarda çapdan çıxmış fransız dilindəki "Azərbaycan və Avropa: Yeni enerji fəsli" (L’Azerbaïdjan et l’Europe: Un nouveau chapitre énergétique) kitabının hazırlanmasına öz müsahibə və məsləhətləri ilə töhfə vermişdi.