Rusif Hüseynov Bled Strateji Forumunda iştirak edib
2-3 sentyabr tarixlərində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Bled Strateji Forumunda iştirak edib. 2006-cı ildən bəri hər il keçirilən Bled Strateji Forumu Avropa və digər regionlardan yüksək səviyyəli rəsmilər və ekspertləri bir araya gətirir. Konfrans zamanı Rusif Hüseynov aparıcı ekspertlərlə söhbət edib, Topçubaşov Mərkəzinin işi və təşəbbüsləri haqqında fikirlərini bölüşüb.