İtaliyalı diplomat Topçubaşov Mərkəzini ziyarət edib

İtaliyalı diplomat Topçubaşov Mərkəzini ziyarət edib

Mayın 9-da İtaliyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Marvin Seniqa Topçubaşov Mərkəzini ziyarət edib, Mərkəzin nümayəndələri Rusif Hüseynov, Murad Muradov və Simona Skotti ilə görüşüb. Görüş zamanı beyin mərkəzinin fəaliyyəti, xüsusilə Azərbaycan və İtaliya ekspert icmaları arasındakı əlaqələrə töhfəsi barəsində qonağa məlumat verilib. Tərəflər qarşıdakı dövrdə əməkdaşlıq imkanları barədə də müzakirə aparıblar.