Aİ nümayəndə heyəti Topçubaşov Mərkəzində olub

Aİ nümayəndə heyəti Topçubaşov Mərkəzində olub

Aprelin 17-də Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanın başçılıq etdiyi nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət edib. Mərkəzin direktoru Rusif Hüseynov və tədqiqatçı Məhəmməd Məmmədovla baş tutan görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərindəki son vəziyyət, Aİ-nin Mərkəzi Asiya regionuna artan marağı kontekstində Azərbaycanın geoiqtisadi önəmi və digər gündəmdə olan regional məsələlər ətraflı müzakirə olunub. Regionun dəyişən güc reallıqları fonunda Brüssel və Bakının qarşılıqlı maraqlara cavab verən məsələlərdə yaranan yeni imkanlardan faydalanmaq üçün konstruktiv addımların atılmasının vacibliyi vurğulanıb.