Polşalı ekspertlər Topçubaşov Mərkəzini ziyarət ediblər
![Polşalı ekspertlər Topçubaşov Mərkəzini ziyarət ediblər](https://top-center.org/uploads/img/posts/2024/04/17/a1png-1713378098.png)
Aprelin 16-da Polşa Beynəlxalq Münasibətlər İnstitutunun ekspertləri Stefania Kolarj və Voytsex Voytaseviç Topçubaşovun Mərkəzini ziyarət ediblər. Mərkəzdən görüşdə Rusif Hüseynov, Şücaət Əhmədzadə və Şahım Əfəndiyeva iştirak edib. Görüşdə tərəflər müxtəlif məsələləri, o cümlədən regionda mövcud geosiyasi mənzərəni, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarını, həmçinin Qarabağın bərpa prosesini müzakirə ediblər.