Macar diplomat Topçubaşov Mərkəzini ziyarət edib

Macar diplomat Topçubaşov Mərkəzini ziyarət edib

Aprelin 9-da Macarıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Jolt Lenard (Zsolt Lenard) Topçubaşov Mərkəzini ziyarət edərək Mərkəzin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov ilə görüşüb. Tərəflər xüsusilə Macarıstanın Avropa Birliyi Şurasına sədrliyi dövründə hər iki ölkənin qurumları arasında əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.