Murad Muradov və Simona Skotti Istanbulda elmi konfransda çıxış ediblər
Skotti Türkiyənin İstanbul şəhərində ibn Xəldun Universitetində keçirilmiş Beynəlxalq Təhlükəsizlik Konqressində iştirak ediblər.
Onlar öz araşdırmalarını “Mərkəzi Asiya və Qafqaz: regional təhlükəsizlik” adlı paneldə təqdim ediblər. Simona Skotti İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz təhlükəsizliyində regional və beynəlxalq aktorların rolu haqqında araşdırmasını təqdim edib. Murad Muradov isə "Cənubi Qafqaz və Mərkəzi Asiya: tam yeni regionun ərsəyə gəlməsi" adlı mövzuyla çıxış edib. Onların təqdimatları fikir mübadiləsi və geniş müzakirələrlə davam edib.
Topçubaşov Mərkəzinin nümayəndələri öz panelləri ilə yanaşı digər panel çıxışlarını dinləyib, qlobal və regional təhlükəsizlik çıxışlarına dair dəyirmi masalarda fəal iştirak ediblər və öz fikirlərini bildiriblər.