Topçubaşov Mərkəzi GST üzrə tədqiqatla bağlı təqdimat keçirib
Topçubaşov Mərkəzi "Müharibədən sonra Azərbaycanda gənclər, sülh və təhlükəsizlik gündəliyi: çağırışlar və imkanlar" adlı tədqiqatının təqdimatı və müzakirəsi həyata keçirib.
11 iyul tarixində Topçubaşov Mərkəzi bir neçə aydır ki üzərində işlədiyi tədqiqatın ilkin nəticələrini təqdimatını həyata keçirib. Tədqiqat Azərbaycanda BMT-nin Gənclər, Sülh və Təhlükəsizlik üzrə 2250 saylı qətnaməsində nəzərdə tutulmuş gənclərin münaqişələrin qarşısının alınması və sülhün qorunub saxlanılması proseslərində iştirakına və dayanıqlı sülhün bərqərar olması istiqamətində gənclərin üzləşdiyi problemlərin araşdırılmasına yönəlib. Bu layihə çərçivəsində Topçubaşov Mərkəzi dövlət qurumları, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının nümayəndələrini bir araya toplamaqla tədqiqatın ilkin nəticələrini təqdim edib, eyni zamanda müzakirələr yolu ilə bu nəticələrlə bağlı yeni fikir və tövsiyələr əldə edib və onları da tədqiqatın son versiyasında əks etdirmək niyyətindədir.