Topçubaşov Mərkəzinin əməkdaşlarının qadınlar rolunun artması ilə bağlı Müzakirə İcmalının təqdimatı baş tutub
![Topçubaşov Mərkəzinin əməkdaşlarının qadınlar rolunun artması ilə bağlı Müzakirə İcmalının təqdimatı baş tutub](https://top-center.org/uploads/img/posts/2023/04/21/event-tcjpg-1682081023.jpg)
14 Aprel tarixində Topçubaşov Mərkəzinin əməkdaşları Gülxanım Məmmədova və Nigar Müzəffərovanın icra etdiyi və Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən "Bacarıqları n artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilən "İki od arasında: barışıq prosesində qadınlar" layihəsi çərçivəsində hazırlanmış Müzakirə İcmalının təqdimat mərasimi baş tutub.
Tədbir zamanı layihə çərçivəsində ekspertlərin iştirakı ilə keçirilmiş müzakirələrin nəticələri təqdim edilib. 11, 12 mart 2023-cü il tarixlərində baş tutan müzakirələr əsasən üç istiqamət üzərində aparılmışdır:
- Feminist xarici siyasət Azərbaycan üçün alternativ ola bilərmi? – yeni perspektivlər
- Barışıq proseslərində və sülh razılaşmalarında gender aspektlərinin nəzərə alınmasına necə nail olmaq olar? Davam edən barışıq prosesində qadınların mənalı iştirakına yeni yanaşmalar
- Qaçqın və məcburi köçkün qadınların qorunması və təmsil olunması. Onların ehtiyaclarına necə xüsusi diqqət yetirmək olar?