Gülxanım Məmmədova Sosial Demokratiya Akademiyasında
Topçubaşov Mərkəzinin tədqiqatçısı Gülxanım Məmmədova 5-10 sentyabr tarixlərində Fridrix Ebert Fondunun təşkil etdiyi 10-cu Sosial Demokratiya Akademiyasında iştirak edib. Proqramın əsas məqsədi Almaniyanın yeni geosiyasi reallıqlar şəraitində Avropadakı rolunu, Almaniyanın "dəyişən zamanlar" ("Zeitenwende") ifadəsinin arxasında dayanmasına və Almaniyanın xarici siyasətə yeni yanaşmasının Şərq Tərəfdaşlığı regionu üçün nə demək olduğunu göstərməkdir. Akademiya Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Almaniya, Moldova və Ukraynadan gənc liderləri bir araya toplayıb.