Rusif Hüseynov yay məktəbində çıxış edib
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Alman Akademik Mübadilə Xidmətinin birlikdə həyata keçirdiyi yay məktəbində çıxış edib. Post-neft dövrü mövzusuna həsr olunmuş, Azərbaycan, Almaniya, İtaliya və Türkiyədən olan tələbələrin iştirak etdiyi yay məktəbinin ilk günündə - avqustun 8-də Rusif Hüseynov onlara Azərbaycan neft sənayesinin tarixi və bu günü haqqında məlumat verib.