İyulun 26-da Brüsseldə fəaliyyət göstərən siyasi və strateji kommunikasiyalar üzrə ekspert İpək Təkdəmir Topçubaşov Mərkəzini ziyarət edib və təşkilatın direktoru Rusif Hüseynovla görüşüb. Tərəflər mövcud layihələri və gələcəkdə mümkün əməkdaşlığı müzakirə ediblər.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.








