İtaliya - Azərbaycan Gənclər Forumu

İtaliya - Azərbaycan Gənclər Forumu

18 iyun tarixində Topçubaşov Mərkəzi və Venesiyanın Ka'Foskari Universitetinin birgə təşəbbüsü ilə "İtaliya - Azərbaycan Gənclər Forumu" keçirilib. Forumda tələbələr, məzunlar və ekspertlər çıxış ediblər. Tədbirin məqsədi İtaliya və Azərbaycan arasında möhkəm mədəni və akademik əlaqələri vurğulayan İtaliya və Azərbaycan mütəxəssislərinin və tələbələrinin həyat təcrübəsini birləşdirmək idi.
 
Forum zamanı Azərbaycan və İtaliya arasında sosial-mədəni əlaqələr müzakirə olunub, azərbaycanlı və italyan tələbələrin hər iki ölkədəki təhsil təcrübələri, azərbaycanlı və italyan mütəxəssislərin iki ölkəni birləşdirən layihə və fəaliyyətləri iştirakçılarla bölüşülüb.