Rusif Hüseynov “GLOBSEC” Bratislava Forumunda
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov 2-4 iyun tarixlərində “GLOBSEC” təşkilatının ənənəvi Bratislava Forumunda iştirak edib. 80-ə yaxın ölkədən yüzlərlə rəsmi şəxsin, siyasətçinin və mütəxəssisin qatıldığı builki forumda bir sıra mövzular üzrə müzakirələr aparılıb. Tədbir zamanı Hüseynov bəzi panel sessiyalarına qoşulub və Mərkəzin yeni ekspertlər və institutlarla əlaqəsini yaradıb.