Rusif Hüseynov Vyanada Hannes Svoboda ilə görüşüb
5-6 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanaya səfəri çərçivəsində Topçubaşov Mərkəzinin direktoru bəzi yerli ekspertlərlə görüşüb. Belə görüşlərdən biri Beynəlxalq Sülh İnstitutunun prezidenti Hannes Svoboda ilə baş tutub. Tərəflər Şərqi Avropa və Cənubi Qafqazdakı siyasi prosesləri və qarşılıqlı əməkdaşlıq yollarını müzakirə ediblər.
Qeyd edək ki, Avstriya siyasətinin ən qocaman simalarından sayılan Svoboda 1996-2014-cü illər arasında Avropa Parlamentinin üzvü olub.