Simona Skotti beynəlxalq konfransda çıxış edib
9 dekabrda Topçubaşov Mərkəzindən Simona Skotti Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının V İllik Konqresində iştirak edib. Tədbir çərçivəsində o, “Qafqazda köhnə düşmənlər arasında münasibətlərin normallaşması prosesi: Aİ-nin rolu nədir?” mövzusunun təqdimatını edib. Təqdimatında Simona Türkiyə ilə Ermənistan, eləcə də Ermənistan ilə Azərbaycan arasında mümkün yaxınlaşmanı təsvir etmiş, Qafqazda mövcud normallaşma prosesləri uğurlu olduğu halda bərpası gözlənilən ticarət yollarını təqdim edib. O, bildirib ki, Aİ regionda nüfuz və reputasiyasını artırmağa çalışırsa, Türkiyənin demək olar ki, bütü yanaşmalarda vasitəçi kimi təbii rolunu da nəzərə alaraq infrastruktur və əlaqə layihələrinə sərmayə qoymalıdır.