ICDS nümayəndəsi Topçubaşov Mərkəzini ziyarət edib
3 iyul 2026-cı il tarixində Estoniyada yerləşən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin (ICDS) tədqiqatçısı Sanşiro Hosaka Topçubaşov Mərkəzini ziyarət edib.
Qonaq Mərkəzin direktor müavini Murad Muradov və tədqiqatçı Məhəmməd Məmmədov, həmçinin təcrübəçi Sevincxon Rayimberdiyeva tərəfindən qəbul edilib. Görüş zamanı tərəflər Cənubi Qafqaz və Avrasiya regionunda baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.