Fransalı diplomatlar Topçubaşov Mərkəzini ziyarət edib

15 oktyabr 2025-ci il tarixində Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələri – baş müşavir Giyom Delenda (Guillaume Delenda) və siyasi müşavir Tifenn Poyru (Tifenn Poyroux) Topçubaşov Mərkəzinə səfər etmişlər. Qonaqları Mərkəzin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov qarşılamışdır.
Görüş zamanı əsasən regional proseslər və Azərbaycan–Fransa münasibətləri müzakirə olunmuşdur.