Macar ekspert Topçubaşov Mərkəzini ziyarət edib

30 sentyabr 2025-ci il tarixində Şeçeni İştvan Universitetinin və Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı professor Laslo Vaşa (Laszlo Vasa) Topçubaşov Mərkəzində olmuş və Mərkəzin direktoru Rusif Hüseynovla görüşmüşdür.
Tərəflər Azərbaycan və Macarıstan ekspert icmaları arasında inkişaf edən əlaqələrə dair fikir mübadiləsi apararaq, bu əlaqələrə daha çox töhfə vermək yollarını müzakirə etmişlər.
Rusif Hüseynov və Laslo Vaşa təmsil etdikləri təşkilatlar arasında institusional əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirmişlər.