Rusif Hüseynov Budapeşt Qlobal Dialoqunda (2025) çıxış edir

Rusif Hüseynov Budapeşt Qlobal Dialoqunda (2025) çıxış edir

17 iyun 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Budapeşt Qlobal Dialoqunda (2025) müzakirə panelinə qoşulmuşdur.

“Qlobal kəsişmələr: Yeni dünya nizamında Mərkəzi və Şərqi Avropa, Balkan və Qafqaz” adlı paneldə Rusif Hüseynov adı çəkilən regionlar haqqında danışaraq, oradakı ölkələri müxtəlif sivilizasiyaları, geosiyasi blokları, nəqliyyat xətlərini və iqtisadi sistemləri birləşdirən körpü dövlətlər kimi xarakterizə etmiş və onların strateji çevikliyi və formalaşmaqda olan strateji muxtariyyətindən bəhs etmişdir.

Qeyd edək ki, Budapeşt Qlobal Dialoqu Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) və Müşahidəçi Araşdırmalar Fondunun (ORF) birgə təşkilatçılığı ilə keçirilən illik konfransdır.