Murad Muradov Raisina Gənc Təqaüdçü Proqramında iştirak edir

Murad Muradov Raisina Gənc Təqaüdçü Proqramında iştirak edir

Bu il Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Hindistanın ən böyük beyin mərkəzi ORF (Observer Research Foundation) və Almaniyanın "ZEIT Stiftung Ebelin und Gerd Bucerius" QHT-si tərəfindən 14-24 mart tarixlərində birgə təşkil olunan ongünlük Raisina Gənc Təqaüdçülər Proqramında iştirak edir. 

Forum 38 ölkədən, müxtəlif mənşəli və sektorlardan olan 55 iştirakçını bir araya toplayıb və dünya miqyasında tanınmış alimlər, Hindistan və beynəlxalq dövlət xadimləri ilə çoxsaylı görüşlər və plenar müzakirələr, eləcə də bir sıra seminarları nəzərdə tutur.

Proqram çərçivəsində Murad Muradov hər il Yeni Dehlidə keçirilən və ən böyük beynəlxalq siyasi konfranslardan biri olan Raisina Dialoqunda da iştirak edib.