Turan Qafarlı "Nəqliyyat seminarı"nda iştirak edib
27 fevral 2024-cü il tarixində Topçubaşov Mərkəzinin qeyri-rezident əməkdaşı Turan Qafarlı Ankarada keçirilən "Nəqliyyat seminarı"nda iştirak edib və “Orta dəhliz üçün Cənubi Qafqazda imkanlar və çətinliklər: Zəngəzur dəhlizi” adlı təqdimatında Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda nəqliyyatın perspektivləri ilə bağlı fikirlərini bildirib. Professor Emre Ersenin sədrliyi ilə keçirilən seminarda həmçinin müxtəlif rakurslardan nəqliyyat və Orta Dəhlizi təhlil edən tanınmış alimlər və beyin mərkəzi mütəxəssisləri iştirak edib. Konfrans Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.