Dr. Samir Həsənov Cənubi Qafqaz ölkələri və Rusiyanın xarici siyasəti üzrə ixtisaslaşmış müstəqil politoloq. 13 oktyabr 1985-ci ildə Azərbaycanın Göygöl şəhərində anadan olub, hazırda Almaniyanın Bonn şəhərində yaşayır. Bakı Slavyan Universitetində 2003-2007-ci illərdə “Beynəlxalq Münasibətlər” ixtisası üzrə Bakalavr, Bonn Universitetində 2011-2013-cü illərdə “Siyasi Elmlər” ixtisası üzrə Magistr təhsili alıb. 2019-cu ildə Köln Universitetində "İmperiya irsi? Rusiyanın 1992-2014-cü illərdə Cənubi Qafqazda güc siyasəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Müxtəlif vaxtlarda DAAD, Almaniya Bundestaqı və Konrad-Adenauer Fondunun təqaüdçüsü olub