“Huavey” şirkətinin Azərbaycanın İKT sektorundakı rolu
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda 20 illik fəaliyyət keçmişinə sahib olan Çinin “Huavey” (Huawei) şirkəti ölkədə 70%-lik bazar payına sahibdir. 2000-ci illərin əvvəlində Azərbaycanın İKT bazarına daxil olmuş transmilli şirkət uzun illər ərzində rabitə avadanlıqlarının təchizatı, quraşdırılması, təkmilləşdirilməsi, müxtəlif növ müasir texnoloji həllərin tətbiqi, habelə orta/yuxarı seqmentli smartfonların tədarükü ilə məşğul olmuşdur. ABŞ və Çin arasında son illərdə cərəyan edən dağıdıcı ticarət müharibələrinin ilk qurbanlarından biri olmuş bu nəhəng korporasiya, dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda yeni nəsil naqilsiz şəbəkələrin inkişafı, həmçinin süni intellekt əsaslı ağıllı həllərin sosial və iqtisadi həyatımızın müxtəlif sferalarına inteqrasiyası istiqamətində texniki fəaliyyətini sürətlə genişləndirməyə davam edir. Bu yazıda “Huavey”in qlobal miqyasda, eləcə də Azərbaycanda müstəqillikdən bəri gördüyü işlər və hazırki fəaliyyət istiqamətləri, ABŞ və Çin arasında davam edən texnologiya uğrunda dominantlıq mübarizəsi fonunda sözügedən şirkətin Cənubi Qafqazda fəaliyyətini genişləndirməsi, Qərbdə sıxışdırılan “Huavey”ə aid 5G texnologiyasının Azərbaycanda tətbiq edilməsi, o cümlədən “Huavey”in Qarabağda ağıllı şəhərləşmə və kəndləşmə prosesində iştirak edən əsas xarici texnologiya şirkətlərindən biri olması və region boyu həyata keçirilən irimiqyaslı restavrasiya prosesində şirkətin icra etdiyi layihələrin texniki tərəfləri kimi mövzulara aydınlıq gətiriləcək.
Tam mətni endirin.