Vüsal Quliyev
Ekspert
Vüsal Quliyev beynəlxalq miqyasda konsultasiya xidmətləri göstərən və mərkəz ofisləri Şanxay, Tokio, Seul və Hanoy kimi şəhərlərdə yerləşən "AZEGLOB Consulting Group" şirkətinin Şanxay Ofisi üzrə rəhbəridir. O həm də Topçubaşov Mərkəzində Avrasiya və Şərqi Asiya regionu üzrə siyasi ekspert və Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzində şərqşünas tədqiqatçıdır. Bundan başqa, o, İsveçrədə yerləşən Caspian Alpine Cəmiyyətinin üzvlərindən biridir.
Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin məzunu olmaqla yanaşı, Ankara Universiteti APAM Mərkəzi, Harvard Universiteti Davis Mərkəzi və Boğaziçi Universiteti Asiya Mərkəzinin akademik tədqiqat proqramlarını bitirib. Təhsil aldığı müddətdə iki dəfə Yaponiyanın Kyushu Universiteti Regional Siyasət və İdarəçilik Proqramının iştirakçısı olmuş və eyni zamanda Şanxay Sosial Elmlər Akademiyasında təcrübə keçmişdir.
Azərbaycan, Türk, İngilis və Çin dillərində olmaqla Avrasiya və Cənubi Qafqaz, o cümlədən Çin və Şərqi Asiya regionunun ictimai-siyasi, sosial-iqtisadi və elmi-texnoloji məsələlərini təhlil edən akademik və analitik məqalələrin müəllifidir. Hazırkı tədqiqat sahəsi başda Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) olmaqla Çinin Kəmər və Yol təşəbbüsü və Avrasiya qitəsi boyu uzanan tranzit xətlərin və logistik mərkəzlərin inkişaf tendensiyasından tutmuş, rəqəmsal həllərin qitələrarası ticarət marşutlarına tətbiqi, habelə Azərbaycan və dünyada son illərdə geniş vüsət almış rəqəmsallaşma prosesi kimi mövzuları əhatə edir.