İki od arasında: münaqişə transformasiyasında qadınlar
Öz növbəsində, Azərbaycanda feminist xarici siyasət yanaşması bu istiqamətdə gender bərabərliyinə, insan təhlükəsizliyinə və ölkənin beynəlxalq münasibətlərində inklüzivliyə diqqət yetirməklə kömək edə bilər. Buraya qadın hüquqlarının və gender əsaslı inkişaf siyasətinin təşviqi, qaçqın və məcburi köçkünlərin ehtiyaclarına üstünlük verilməsi və vətəndaş cəmiyyəti təşkilatlarının və marginal qrupların xarici siyasət qərar qəbul etmə proseslərinə cəlb edilməsi daxil ola bilər. Bu eyni zamanda münaqişə şəraitində qadın və kişi təcrübələrindəki fərqləri tanımaq, gender bərabərsizliyinin kök səbəblərini aradan qaldırmaq və genderə həssas müddəaların sülh müqavilələrinə daxil edilməsini və səmərəli şəkildə həyata keçirilməsini təmin etməklə sülh müqavilələrində genderə həssas yanaşmanın tətbiq edilməsini tələb edir.
Tam mətni buradan endirin.