Murad Muradov konfransda iştirak edib
14 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutu (IRIS) tərəfindən Parisdə təşkil olunan “Azərbaycan və onun geosiyasi mühiti: çağırışlar və perspektivlər” adlı konfransda iştirak edib.
Panelda, həmçinin "CERI Sciences Po"-nun tədqiqatçısı Bayram Balcı, "IRIS"-in baş elmi tədqiqatçısı Jön De Qliniyesti, "AIR Center"-in aparıcı məsləhətçisi Sultan Zahidov və "IRIS"-in elmi məsləhətçisi Didier Bilyon iştirak ediblər.
Çıxışı zamanı Murad Muradov Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf dinamikasına, Bakı və Paris arasında münasibətlərin normallaşdırılması perspektivlərinə, eləcə də münaqişə sonrası formalaşmaqda olan Cənubi Qafqaz nizamında Avropa İttifaqının potensial roluna toxunub. Konfrans iştirakçıların fəal müzakirəsi ilə davam edib.