Gülxanım Məmmədova Vyanada təlimdə iştirak edib

Gülxanım Məmmədova Vyanada təlimdə iştirak edib

10–14 noyabr tarixlərində Topçubaşov Mərkəzinin əməkdaşı GüIxanım Məmmədova ATƏT Katibliyi və Fridrix Ebert Fondu (FES) tərəfindən birgə təşkil olunan ATƏT-in Gənc Ekspertlər Qrupu üçün keçirilən təlimdə iştirak edib. Təlim sülh və təhlükəsizlik sahəsində peşəkar kompetensiyaların formalaşdırılmasına, xüsusilə də danışıqlar bacarıqlarının inkişafına fokuslanıb.

Gülxanım, ATƏT regionunun müxtəlif ölkələrindən olan 18–30 yaş arası, sülhə və təhlükəsizliyə töhfə verməyə motivasiyalı gənc mütəxəssisləri bir araya gətirən, hazırda 82 nəfərdən ibarət olan ATƏT-in Gənc Ekspertlər Qrupunun üzvüdür.