Murad Muradov və Simona Skotti Qazaxıstanda təqdimatlarla çıxış ediblər

Murad Muradov və Simona Skotti Qazaxıstanda təqdimatlarla çıxış ediblər

Sentyabrın 6-8-də Murad Muradov və Simona Skotti Almaniya-Qazaxıstan Universitetinin (DKU) təşkil etdiyi “Mərkəzi Asiyanın transformasiyaları: siyasət, iqtisadiyyat və cəmiyyət” adlı illik konfransda iştirak ediblər. Almatıda keçirilən tədbirdə Murad Muradov və Simona Skotti müvafiq olaraq türk dövlətlərinin inteqrasiyasının təhlükəsizlik aspekti və İtaliyanın C5+1 formatı vasitəsilə Mərkəzi Asiyaya gedən yolu ilə bağlı araşdırmalarının nəticələrini təqdim edib, eyni zamanda bir sıra digər panel və müzakirələrdə iştirak ediblər.