İş elanı: beynəlxalq münasibətlər üzrə mütəxəssis

İş elanı: beynəlxalq münasibətlər üzrə mütəxəssis

Topçubaşov Mərkəzi beynəlxalq münasibətlər üzrə mütəxəssis qəbulu elan edir!

Vəzifə və öhdəliklər:

  • - Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək;
  • - Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək;
  • - Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.

Tələblər:

  • - Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, siyasi iqtisad, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • - Araşdırma, analitik yazı və təqdimat bacarıqları;
  • - Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq rus, fransız, alman və digər Avropa dillərini bilənlərə üstünlük veriləcək);
  • - Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;
  • - MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.

20-30 yaş qrupuna aid olan və aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək:

  • - Avropa İttifaqı institutları və mexanizmləri, eləcə də Şərq Qonşuluğu siyasəti;
  • - Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti;
  • - “Şərq Tərəfdaşlığı”, xüsusilə Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri.

Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 15 may 2024