Gülxanım Məmmədova Dünya Demokratiya Forumunda iştirak edib
Noyabrın 6-dan 8-dək Topçubaşov Mərkəzinin tədqiqatçısı Gülxanım Məmmədova Avropa Şurasının gənclər delegasiyanın üzvü kimi Dünya Demokratiya Forumunda iştirak etmək imkanı əldə edib. “Demokratiya sülh deməkdirmi?” devizi altında keçirilən builki Forum "Silahlı münaqişələr və demokratiya arasında qarşılıqlı təsir" mövzusuna həsr olunub.
Dünya Demokratiya Forumu, siyasətçi və fəallar üçün dünyadakı demokratiyaların əsas problemlərinin həlli yollarını müzakirə etmək üçün unikal bir platformadır. Demokratik təşəbbüsləri təhlil edən forum, demokratik cəmiyyətlərin əsaslarını gücləndirmək üçün yerli səviyyədə demokratik yenilikləri və onların sistem səviyyəsinə ötürülməsini vurğulayır və təşviq edir. Beləliklə, Forum demokratiyanın daha geniş və inklüziv struktur və institutlara doğru təkamülünə öz töhfəsini vermək məqsədini daşıyır.