Cavid Rəhimli ikinci dünya müharibəsi və sülhquruculuğu ilə  bağlı layihədə iştirak edib

Cavid Rəhimli ikinci dünya müharibəsi və sülhquruculuğu ilə  bağlı layihədə iştirak edib

27 May - 10 İyun tarixləri arasında Sülh Xətti” layihəsi çərçivəsində Topçubaşov Mərkəzinin üzvü Cavid Rəhimli Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Volksbund tərəfindən təşkil olunmuş bir sıra səfər və tədbirlərdə iştirak etmişdir. Layihənin məqsədi müharibə və münaqişə ilə bağlı tarixi yerləri araşdıraraq sülhü təşviq etməkdir.

Sülh xətti layihəsi iştirakçılara Almaniya, Polşa, Latvia və Litvada yerləşən tarixi yerləri araşdırmaq və müharibə, münaqişə və xalqlar arasında sülhün gücləndirilməsinin vacibliyi haqqında müzakirələrdə iştirak etmək imkanı yaratdı.