Topçubaşov Mərkəzində Güney Azərbaycanla bağlı dəyirmi masa keçirilib

Topçubaşov Mərkəzində Güney Azərbaycanla bağlı dəyirmi masa keçirilib

7 iyun tarixində Topçubaşov Mərkəzində “Güney Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masa keçirilib. Tədbirdə  Azərbaycan ekspert icmasının və mediasının nümayəndələri Bakıda səfərdə olan Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri Məmmədrza Heyət ilə Güney Azərbaycandakı daxili proseslər, siyasi, iqtisadi və ekoloji çətinliklər və Güney Azərbaycan məsələsinin beynəlxalq müstəvidə işıqlandırılması barədə fikir mübadiləsi aparmışlar.