Topçubaşov Mərkəzinin tədqiqatçıları Gürcüstanda təlimdə olublar

4-8 mart tarixlərində Topçubaşov Mərkəzinin tədqiqatçıları Gülxanım Məmmədova və Şücaət Əhmədzadə Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən "
Proqramın tədris planı insan hüquqları, münaqişələrin transformasiyası və sülh quruculuğu təhsili üzrə ixtisaslaşmış bir qrup təlimçi və müəllim heyəti olan Sülh Elçiləri Gənclər Şəbəkəsi ilə ortaq şəkildə hazırlanmışdı. 5 günlük tədris proqramı iştirakçılara münaqişələrin transformasiyası və sülh quruculuğunun regional və beynəlxalq mexanizmləri ilə tanışlıqla yanaşı, onların təlimçi bacarıqlarını da inkişaf etdirməyə kömək etdi.