Çezare Fiqari Barberis Topçubaşov Mərkəzində öz tədqiqatını təqdim edib
Fevralın 3-də Topçubaşovun Mərkəzində "Rusiyanın Ukraynaya hücumu fonunda Gürcüstanda rus olmaq: hislərin mübadiləsi və rusların Gürcüstana son axınının ictimai-siyasi nəticələri" adlı təqdimat keçirilib. Təqdimat zamanı məruzəçi, Cenevrə Universitetinin doktorantı Çezare Fiqari Barberis (Cesare Figari Barberis) keçən il ərzində həkmarı Leonardo Zanatta ilə birlikdə apardığı araşdırmanın nəticələrini təqdim edib. Təqdimat müzakirə ilə davam edib.